Alma ağacı
Bir qoca alma ağacı əkirdi. Uşaqlar ona dedilər:
— Bu ağacı niyə əkirsən? Onun meyvəsini çox gözləməli olacaqsan. Sən onun meyvəsindən yeməyəcəksən. Nə üçün zəhmət çəkirsən?
Qoca onlara belə cavab verdi:
— Mən yeməyəcəyəm, başqaları yeyəcək və mənə “çox sağ ol” deyəcəklər. Əkiblər yemişik, əkərik, yeyərlər.
Lüğət:
- əkmək — ցանել
- zəhmət çəkmək — քրտնաջան աշխատել
- gözləməli olmaq — պետք է սպասել
- cavab vermək — պատասխանել
- başqaları — մյուսները
- birlikdə — միասին
- düzgün — ճիշտ
- sual vermək, soruşmaq — հարցնել
Qoca nə edirdi?
Uşaqlar qocadan nə soruşdular?
Qocanın əkdiyi ağacın meyvəsini kim yeyəcək?