Հանգստի առավելությունները

0:00 0:00

İstirahətin faydaları

İnsanlar həyatının böyük hissəsini işə sərf edirlər. Bu təbiidir, çünki insanın bədəni və ağlı aktiv fəaliyyət üçün yaranıb. Ancaq işləmək güc tələb edir, daima güc işlətmək isə yorğunluq və gərginlik yaradır. Bundan başqa, eyni tipli iş adamı tez bezdirir və darıxmağa səbəb olur. Ona görə də insanlara sakitləşmək, istirahət etmək və xoş, maraqlı bir şeylə məşğul olmaq üçün boş vaxt lazımdır.

İstirahət və əyləncə sakitləşməyə və əsəb gərginliyindən azad olmağa imkan verir, həyatımızı xoş və rəngarəng edir. Bütün bunlar bizə özümüzü yaxşı hiss etməyə imkan verir.

Adətən, hər bir şəhər və qəsəbədə sakinlərin istirahəti, əyləncəsi, insanların öz boş vaxtlarını keçirməsi üçün xüsusi yerlər olur. İnsanlar çimərliklərdə, bağçalarda və parklarda dincəlir, kitabxanalarda kitab oxuyur, idman mərkəzində idmanla məşğul olur, kinoya və teatra gedirlər.

Həm uşaqlar, həm də böyüklər öz boş vaxtlarını keçirmək üçün maraqlı məşğuliyyət tapmalıdırlar, ancaq idmanla məşğul olmağı yaddan çıxarmaq olmaz.

Dinləyin və cümlələrin Doğru və ya Yanlış olduğunu müəyyənləşdirin.

1. İnsanlar vaxtlarının çoxunu işdə keçirirlər.

2. Daimi şəkildə işləməyin insana heç bir pis təsiri yoxdur.

3. İnsanlar istirahət etdikdə sakitləşirlər və gərginlikləri azalır.

4. Hər bir şəhərdə insanların istirahəti üçün imkan olmur.

5. İdmanla məşğul olmaq məsləhət görülmür.