Մեր դասարանը

0:00 0:00

Bizim sinfimiz

Gəlin mən sizə sinfimizi təsvir edim. Bizim sinfimiz geniş və işıqlıdır. O, ikinci mərtəbədə yerləşir. Sinfimizdə çoxlu stol və stullar var. Sinifdə iki kitab şkafı var. Şkaflarda çoxlu dəftər və kitablar var. Biz tənəffüsdə oradakı kitabları oxuyuruq.

Sinfimizdə iki pəncərə var. Müəllimin stolu pəncərənin yanındadır. Onun üzərində jurnal, dərs kitabları və qlobus var. Biz qlobusda müxtəlif ölkələri göstərə bilirik. Sinfin divarlarında Azərbaycanın milli qəhrəmanlarının şəkilləri var. Divarda həmçinin Azərbaycan bayrağı asılıb. Biz hər səhər bayrağa baxıb milli himnimizi oxuyuruq.

Biz sinfimizi çox sevirik və onu təmiz saxlayırıq.

Dinləyin və cümlələrin Doğru və ya Yanlış olduğunu müəyyənləşdirin.

1. Onların sinfi birinci mərtəbədədir.

2. Kitab şkaflarında yalnız kitablar var.

3. Müəllimin stolu pəncərə ilə üzbəüzdür.

4. Qlobus müəllimin stolunun üzərindədir.

5. Divarlarda milli qəhrəmanların şəkilləri və bayraq asılıb.