Որտե՞ղ է Ահմեդը – Ահմեդի փախուստը
Վերծանում
Əhməd haradadır – Əhmədin qaçması
Nərgiz xala: A kişi, qorxuram toydan sonra aralarında dünya müharibəsi başlaya.
Şirin kişi: Heç fikir eləmə. Bir uşaqları olan kimi ikisi də ağ bayrağı qaldıracaqlar. Nəvəmiz olacaq, ay arvad. Başa düşürsənmi? Nəvəmiz. Oğlan …
Nərgiz xala: Yox, qız.
Şirin kişi: Oğlan
Nərgiz xala: Qız
Şirin kişi: Oğlan (oxuyur)
Nərgiz xala: Yox, qız (oxuyur) Səni görüm xoşbəxt olasan, oğul.
Şirin kişi: Ölmədik, oğul, axır ki, bu günü də gördük. Gəl, otur, oğul, otur. Hə, toyundur.
Əhməd: Hələ ki mən evlənmək fikrində deyiləm.
Şirin kişi: Naz eləmə. Bilirəm, lap ürəyindəndir.
Əhməd: Ata, evlənmək barədə mənim öz planım var.
Şirin kişi: Nə? Plan? Evlənmək də planladır?!
Əhməd: Ata, bəs elə də olarmı ki, qız evində toydur, oğlanın xəbəri yoxdur. Sevgisiz …
Şirin kişi: Sonra sevərsən də. Atanı biabır eləməyəcəksən ki?! Üzük aparmışıq. Ayıb deyil?
Əhməd: Nə? Nahaq iş görmüsünüz. Gedin üzüyü geri alın. Mən evlənmirəm.
Şirin kişi: Evlənəcəksən!
Əhməd: Evlənməyəcəyəm!
Şirin kişi: Evlənəcəksən!
Əhməd: Evlənməyəcəyəm!
Şirin kişi: Mənə Şirin oğlu Şirin kişi deyərlər. Bu saat qulaqlarından divara mıxlayaram.
Ceyran: Dəymə, ata, dəymə.
Nərgiz xala: Əhmədin anası ölməyib ki, ona əl qaldırasan a.
Şirin kişi: Bəri gəl. Qorxma, hərbə-zorba gəlirəm.
Nərgiz xala: Hə?
Şirin kişi: Hə. Ona yemək verin. Ac adamı yola gətirmək çətindir.
Nərgiz xala: Bu saat.
Şirin kişi: Di cəld tərpənin.
Nərgiz xala: Bəri gəl, az.
Ceyran: Əhməd gaçıb! (Məktubu oxuyur) Mən sizi görmə gəlmişdim, evlənməyə yox. Gedirəm Bakıya.