Göyərçinlər
Bir dəstə ac göyərçin səmanı dolaşaraq yemək axtarırdı. Bir çox yerləri gəzib-dolaşdıqdan sonra quşlar yoruldular və bir ağaca qondular. Elə həmin anda düz ağacın altına çoxlu dən səpildiyini gördülər. Göyərçinlər bu qədər bolluca yemək tapdıqlarına sevinmişdilər. Bütün göyərçinlər yerə qonub dənləri dimdikləməyə başlamışdılar ki, qəfildən üstlərinə nəhəng bir tor atıldı və quşlar tələyə düşdülər.
Göyərçinləri təşvişə düşdülər. Ağacdan bir qədər aralıda bir ovçunun əlində ox-kamanla dayandığını görmüşdülər. Başa düşdülər ki, yerə dən səpib onları torla tələyə salan elə bu ovçudur. Ovçu yerindən qalxdı və göyərçinlərə tərəf gəlməyə başladı.
Göyərçinlərin başçısı dedi: “Dostlar, hamımız tələyə düşmüşük. Əgər cəld hərəkət etməsək, ovçu bizi tutacaq. Bircə çıxış yolumuz var. Hamımız əlbir olaq və yuxarı uçub toru da özümüzlə birgə qaldıraq. Başladıq”.
Göyərçinlərin hamısı başçı ilə razılaşdılar və qanad çalıb toru da özləri ilə birgə qaldırdılar.
Ovçudan uzaqlaşdıqdan sonra isə yerə enib ehtiyatla bir-bir torun altından çıxdılar. Beləliklə, ovçunun hiyləgər tələsindən birlikdə xilas oldular.
Lüğət:
- göyərçin – աղավնի
- dəstə – երամ
- qonmaq – վայրէջք կատարել, թառել
- dən – եգիպտացորեն
- bolluca – առատորեն
- dimdikləmək – կտցահարել
- nəhəng – հսկա
- tor – ցանց
- tələyə düşmək – թակարդն ընկնել
- təşvişə düşmək – անհանգստանալ
- səpmək – ցանել
- razılaşmaq – համաձայնվել
- qaldırmaq – բարձրացնել
- hiyləgər – խորամանկ
- xilas olmaq – փրկվել
Göyərçinlər dəni harada tapdılar?
Ovçu göyərçinləri necə tora saldı?
Göyərçinlərin başçısı nə təklif etdi?
Hekayənin əsas ideyası nədir?
Hekayədə "çoxlu" sözünün SİNONİMONİ tapın.
Hekayədə "endirmək" sözünün ANTONİMİNİ tapın.
Hekayədə "etiraz etmək" sözünün ANTONİMİNİ tapın.