Տեքստ 15. Աղավնին և մրջյունը

Göyərçin və qarışqa

Bir yaz günü göyərçin su içməyə gedir. Birdən bir qarışqanın suda çapaladığını görür.
Göyərçin tez qarışqanın köməyinə gəlir. Dimdiyinə bir yarpaq alıb suya atır. Amma yarpaq qarışqadan xeyli uzağa düşür. Bu dəfə göyərçin dimdiyinə çöp alıb onu suya atır. Qarışqa tez çöpə dırmaşır və ölümdən xilas olur. Sahilə çıxanda qarışqa göyərçinə deyir:
– Məni ölümdən xilas etdin. Bir gün olar mən də sənə kömək edərəm.
Göyərçin qarışqanın sözünə gülür:
– Sən çox kiçiksən. Mənə necə kömək edəcəksən?
Göyərçin uçub gedir. Həmin vaxtdan xeyli keçir. Bir gün göyərçin ağacın başındakı yuvasında yatırdı. Bir ovçu ayaq barmaqlarının ucunda ağaca yaxınlaşır. Tətiyi çəkmək istəyəndə qarışqa ovçunun boynundan bərk dişləyir. Ovçu tətiyi çəksə də, göyərçini vura bilmir.
Tüfəngin səsinə göyərçin oyanır. Hər şeyi başa düşən göyərçin qarışqaya “çox sağ ol” deyir.

Lüğət:

  • qarışqa – մրջյուն
  • çapalamaq – պայքարել, ճգնել
  • dimdik – կտուց
  • xeyli – շատ
  • çöp – փայտ
  • xilas etmək – փրկել
  • yuva – բույն
  • yaxınlaşmaq – մոտենալ
  • tətik – ձգան
  • tüfəng – հրացան
  • dişləmək – կծել
  • oyanmaq – արթնանալ

Göyərçin qarışqaya necə kömək edir?

Göyərçin nə üçün xilas olan qarışqaya gülür?

Qarışqa göyərçini ölümdən necə xilas edir?

Hekayənin əsas ideyası nədir?

Hekayənin "çoxlu" sözünün SİNONİMİ tapın.

Hekayədə "uzaqlaşmaq" sözünün ANTONİMİ tapın.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

"Kömək" sözünün SİNONİMİ aşağıdakılardan hansıdır?