Տեքստ 2. Կիրակի օրերը

Bazar günləri

Bazar günləri mən yuxudan dururam, idman formamı geyinirəm, pəncərəni açıram və səhər idmanı edirəm. Sonra yuyunuram və səhər yeməyini yeyirəm.

Gündüz ev tapşırıqlarını edirəm. İlk növbədə mətni oxuyub sözləri təkrarlayıram. Daha sonra yeni sözləri öyrənir və yazı tapşırıqlarını yerinə yetirirəm. Sonra isə böyük qardaşımla parka gedirəm.

Bəzən biz bütün ailə ilə birlikdə kinoya gedirik. Kinodan sonra şam edirik. Axşamlar tez-tez atamla şahmat oynayıram.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

1. O, idman etdikdən sonra pəncərəni açır.

2. O, əvvəlcə yeni sözləri öyrənir, sonra köhnələri təkrarlayır.

3. Tapşırıqlarını etdikdən sonra parka gedir.

4. Hərdən ailəsi ilə kinoya gedir.

5. Qardaşı ilə axşamlar şahmat oynayır.