Տեքստ 5. Աղվեսն ու կռունկը

Tülkü və durna

Tülkü ilə durna dost olmuşdu. Bir gün tülkü durnanı qonaq çağırdı. Tülkü dovğa bişirmişdi. O, dovğanı boşqaba töküb durnanın qabağına qoydu. Durna dovğanı yeyə bilmədi. Onu tülkünün özü yedi.
O birisi gün durna tülkünü qonaq çağırdı. O, südlü aş bişirdi. Boğazı dar küpədə tülkünün qabağına qoydu. Tülkü xörəyi yeyə bilmədi. Aşın hamısını durna yedi.
Tülkü ac-acına geri qayıtdı. Həmin gündən onlar dostluğu pozdular.

Lüğət:

  • tülkü – աղվես
  • durna – կռունկ
  • qonaq çağırmaq – հյուր կանչել
  • boşqab – ափսե
  • tökmək – լցնել
  • dar – նեղ
  • küpə – ապակե տարա, վազա
  • ac-acına – շատ քաղցած
  • dostluğu pozmaq – ընկերությանը վերջ տալ
  • əvvəlcə – սկզբում
  • əbədi – հավերժ

Tülkünün dostu kim idi?

Durna nə üçün dovğanı yeyə bilmədi?

Durna tülkü üçün nə bişirdi?

Mətnin əsas ideyası nədir?

Mətndə "geniş" sözünün ANTONİMİNİ tapın.

Mətndə "tox" sözünün ANTONİMİNİ tapın.

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?