Ֆրեդը և նրա ընկերը

0:00 0:00

Fred və onun dostu

Salam! Mənim adım Freddir. Mən milliyətcə ingilisəm. Mənim vətənim İngiltərədir.

Hal-hazırda Bakıda yaşayıram. Mən işləyirəm və Azərbaycan dilini öyrənirəm. İxtisasım jurnalistikadır. Mən məqalələr yazıram. Hələ ki ancaq ingilis dilində yazıram. Azərbaycan dilində yaxşı danışa bilmirəm.

Bakıda mənim yaxşı bir dostum var. O azərbaycanlıdır. Amma ingilis dilində yaxşı danışa və yaza bilir. Onun adı Anardır. O da mənim kimi jurnalistdir. Biz birlikdə işləyirik. Hər bazar günü biz onunla parkda gəzir və ya futbol oynayırıq. Mən futbolu çox sevirəm. Bəzən isə biz kino və ya teatra gedirik.

Dinləyin və aşağıdakı sualları cavablandırın.

1. Fred milliyətcə ingilisdir.

2. O, indi Bakıda yaşayır.

3. O, ingilis və Azərbaycan dilində məqalələr yazır.

4. Onun dostu Anar müxbirdir.

5. Fred dostu ilə futbol oyanmağı sevir.