Alma ağacı
Bir qoca alma ağacı əkirdi. Uşaqlar ona dedilər:
– Bu ağacı niyə əkirsən? Onun meyvəsini çox gözləməli olacaqsan. Sən onun meyvəsindən yeməyəcəksən. Nə üçün zəhmət çəkirsən?
Qoca onlara belə cavab verdi:
– Mən yeməyəcəyəm, başqaları yeyəcək və mənə “çox sağ ol” deyəcəklər. Əkiblər yemişik, əkərik, yeyərlər.
Lüğət:
- əkmək – ցանել
- zəhmət çəkmək – քրտնաջան աշխատել
- gözləməli olmaq – պետք է սպասել
- cavab vermək – պատասխանել
- başqaları – մյուսները
- birlikdə – միասին
- düzgün – ճիշտ
- sual vermək, soruşmaq – հարցնել
Qoca nə edirdi?
Uşaqlar qocadan nə soruşdular?
Qocanın əkdiyi ağacın meyvəsini kim yeyəcək?