Տեքստ 1. Լեման

Ləman

Mənim adım Ləmandır. Ailənin ilk övladıyam. Mən valideynlərimi çox sevirəm, onlar da məni çox sevir. Ata-anamın məsləhətlərinə həmişə qulaq asıram. Evdə hamıdan çox nənəmi istəyirəm.

Ev işlərində anama kömək edirəm. Otağımı səliqəli saxlamağa çalışıram. Ən sevimli məşğuliyyətim gülləri sulamaqdır.

Mən beşinci sinifdə oxuyuram. Müəllimlərim çalışqan olduğumu söyləyir. Sinfimizdə 25 şagird var. Dostlarımla mehribanam. Tənəffüsdə onlarla maraqlı söhbətlər edir, oxuduğumuz kitablardan danışırıq. Amma bir xüsusiyyətim var. Kitablarımı səliqəsiz saxlayıram. Onların vərəqlərində qələmlə qeydlər edirəm. Bəzən vərəqlər cırılmış olur. Özümə söz vermişəm ki, bundan sonra kitablarımı səliqəli saxlayım.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

Ləmən ailənin sonuncu övladıdır.

O, ailədə ən çox nənəsini istəyir.

O, güllərə su verməyi çox sevir.

Ləman tənbəl şagirddir.

Ləman kitablarını qələmlə yazır.