Սկեսուր

Qaynana

Sevda: Salam, anacan.
Cənnət xala: Orada qurdalanmaqdansa, get, suda qalan paltarlarını sər.
Sevda: Sədaqət yuyub sərib, anacan.
Cənnət xala: Nə vaxtacan qonşu sənə paltar yuyub sərəcək? Atanın qulluqçusudur? Sən fərli gəlinsənsə, qaxıl, otur xarabanda. Adam öz evinin xanımı da olar, qulluqçusu da.
Sevda: Axı niyə elə deyirsən, anacan? Məgər təkcə evdir? Poliklinikada nə qədər işim var. Həkiməm axı.
Cənnət xala: Həkiməm, həkiməm. Matax tikəsən. Görürəm var-dövlətin başından aşır. Eh, həkimlər var ki, bir dənə diş çəkir, 10 manat alır qoyur bir yana. Hə-hə, hə-hə köpük köpük üstünə qoyur. Xal-xalça yeyəsi, daş-qaş yiyəsi. Ev də ki … Amma sən? Eh, tanış-bilişin, qonum-qonşunun dişini qurdalamaqdan başqa əlindən heç nə gəlmir. Ax, özün də ki quqquluqu. Mənə bax, yaxşı yadıma düşdü. Ağız, o nədir, qonşuya demisən ki, həkimin gərək əlləri tərtəmiz olsun? Hə?
Sevda: Mən başqa mənada demişəm o sözü.
Cənnət xala: Hə? Deməli, mən anlamıram. Deməli, mən qanmıram. Mənim başım boşdur. Bəs onda niyə dayanmısan? Gətir bunu çək ….
Sevda: Axı mən sizə neynəmişəm?
Cənnət xala: Ağız, daha bundan artıq neyləyəcəksən? Ağzımı açmağa imkan vermirsən. Birini deyirəm, beşini deyirsən. Beşini deyirəm, on beşini. Nə istəyirsən məndən, hə?
Sevda: Mən?
Cənnət xala: Yox, bəs mən.
Sevda: Daha mənim sizə sözüm yoxdur.
Cənnət xala: Ağız, daha bundan artıq nə sözün olacaq, hə? Az, qohum-əqraba içində məni rüsvayi-cahan eləmisən. Ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm. Hamısı gəlinin qaynanaya qulluq eləməyindən dəm vurur. Mən kimdən əskiyəm, hə? Bəlkə ürəyindən keçir ki, qaynana sənə qulluq eləsin? Hə? Yox, mən sənin üçün o qaynanalardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harada qoydum, orada da durmalıdır.
Sevda: Hirslənmə, ana. Qoy Ayaz gəlsin.
Cənnət xala: Mən bu evin yiyəsiyəm. Ağasıyam, xanımıyam. Mənim bir sözüm iki olmamalıdır.
Sevda: Yaxşı, onda mən bu gün bu evdən çıxıb gedərəm.
Cənnət xala: Qapı açıqdır. Xoş gəldin. Mənə bax. Ərciyəzinə de ki, on-on iki dənə maşın göndərsin. Sən gətirdiyin cercehizi daşıyıb aparsın.

Videoya baxın və aşağıdakı sualları cavablandırın:

Cənnət xala Sevdaya nə etməyi tapşırır?

Sevda harada işləyir?

Cənnət xala nə üçün Sevdanın pis həkim olduğunu düşünür?

Cənnət xala nə üçün qohumların yanında rüsvay olub?

Cənnət xala ilə Sevdanın mübahisəsi necə nəticələnir?