İki dost
İki uşaq meşə ilə gedirdi. Birdən onların qarşısına bir ayı çıxdı. Uşaqlardan biri tez ağaca dırmaşdı. O birisi isə qaça bilmədi. Yerə uzandı və özünü ölülüyə vurdu. Ayı ona yaxınlaşdı. Sonra onu iylədi. Uşaq nəfəsini belə çəkmirdi. Ayı elə bildi ki, uşaq ölüb. Çıxıb getdi. Çünki ayı ölüyə toxunmur.
Ayı gedəndən sonra ağacdakı uşaq yerə endi. O, yoldaşından soruşdu:
– Ayı sənə nə dedi?
– O, mənə dedi ki, pis adamla dost olma. Bəd ayaqda dost dostunu qoyub qaçmaz.
Lüğət:
- birdən – հանկարծ
- dırmaşmaq – մագլցել
- uzanmaq – պառկել
- yaxınlaşmaq – մոտենալ
- iyləmək – բույրը զգալ
- toxunmaq – կպնել
- enmək – իջնել
- bəd ayaqda – բարդ իրավիճակում
- hesab etmək – հաշվել
- yoldaş – ընկեր
Dostlar ayını harada gördülər?
Onlar ayını gördükdə nə etdilər?
Ayı niyə yerdə uzanan uşağa toxunmadı?
Nə üçün bu iki uşağı dost hesab etmək olmaz?
Mətndə "düşmən" sözünün ANTONİMİ hansı sözdür?
Mətndə "qoxulamaq" sözünün SİNONİMİ hansı sözdür?
Fikri tamamlayın: Məncə yaxşı dost ...