Տեքստ 3. Խելացի աղջիկը

Ağıllı qız

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
— Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
— Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
— Fərqi nədi ki?
Balaca qız cavab verir:
—Çox böyük fərqi var. Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan.

Lüğət:

  • körpünü keçmək – անցնել կամուրջը
  • narahat olmaq – անհանգստություն
  • yıxılmaq – ընկնել
  • kiminsə əlini tutmaq – բռնել մեկի ձեռքը
  • kiminsə əlini buraxmaq – բաց թողնել մեկի ձեռքը
  • çaşbaş – շփոթված
  • fərq – տարբերություն
  • icazə vermək – թույլ տալ

Körpünü keçərkən ata niyə narahat olur?

Atanı nə təəccübləndirir?

Balaca qız nə üçün atasının əlindən tutmaq istəmir?

Hekayənin əsas ideyası nədir?

Hekayə ilə bağlı DOĞRU fikri seçin.

Hekayə ilə bağlı YANLIŞ fikri seçin.

Hekayədə "axmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "təəccüblənmiş" sözünün SİNONİMİNİ tapın.

"Fərq" sözünün ANTONİMİ hansı sözdür?