Çoxbilmiş
Bir nəfər üzünü qırxdırmaq üçün gəldiyi bərbərdə maraqlı söhbətə dalır. Elə söhbətin şirin yerində bərbərin gözü qapının ağzından keçən üstü-başı sökülmüş uşağa sataşır. Bərbər müştərinin qulağına əyilib pıçıldayır:
– Bu uşağı görürsən,dünyanın ən axmaq uşağıdır. İnanmırsan bax.
Bərbər bunu deyib uşağı yanına çağırır. Uşaq sakitcə bərbərxanaya girir. Üzündə axmaq bir təbəssüm var idi. Salamlaşdıqdan sonra bir tərəfdə dayanır. Bərbər bir əlində beşlik, bir əlində onluq ona yaxınlaşır və deyir:
– Hansını istəyirsənsə, götürə bilərsən.
Uşaq bir beşliyə, bir onluğa baxır, sonra da beşliyi götürüb sürətlə bərbərxanadan çıxır.
Bərbər üzünü müştərisinə tutub gülərək deyir:
– Gördün? Mən sənə demişdim axı…
Bir az sonra müştəri bərbərxanadan çıxarkən bir az irəlidə öz-özünə oynayan uşağı görür.
Yanına gedib niyə onluğu yox, beşliyi götürdüyünü soruşur. Uşaq bu dəfə heç də axmaq olmayan bir təbəssümlə cavab verir:
– Əgər onluğu götürsəm,onda oyun bitər!
Lüğət:
- çoxbilmiş – գիտակ
- üzünü qırxmaq – սափրվել
- söhbət – զրույց
- bərbər – վարսահարդար
- bərbərxana – վարսավիրանոց
- gözü sataşmaq – պատահաբար նկատել
- pıçıldamaq – շշնջալ
- müştəri – հաճախորդ
- sakitcə – լուռ
- təbəssüm – ժպիտ
- salamlaşmaq – ողջունել
- beşlik, onluq – հինգանոց, տասանոց (փողի մասին)
- sürətlə – արագ
- həqiqətən – իսկապես
- bilərəkdən – միտումնավոր
Müştəri nə üçün bərbərxanaya gedir?
Uşaq hansı pulu götürür?
Bərbər nə üçün uşağı axmaq adlandırır?
Hekayənin əsas ideyası nədir?
Hekayədə "gülümsəmə" sözünün SİNONİMİNİ tapın.
Hekayədə "sağollaşmaq" sözünün ANTONİMİNİ tapın.