Տեքստ 9. Աղյուս շինող ծերունին

Kərpickəsən qoca

Keçmiş zamanlarda Şam şəhərində bir qoca kişi yaşayırdı. O, kərpic kəsir, bununla da gündəlik çörək pulu qazanırdı. Bir gün qoca yenə də kərpic kəsirdi. Bu zaman onun yanına cavan bir oğlan gəldi. Qocaya salam verib dedi:
– Ey qoca, nə üçün bu qədər zəhmət çəkirsən? Bu ağır iş qoca işi deyil. Özünə başqa bir iş tap. Hamı sənə bir tikə çörək verər.
Qoca dedi:
– Oğlum, əllərimi bu sənətə ona görə öyrətmişəm ki, heç kəsdən çörək pulu istəməyim. Öz əməyim ilə dolanım.
Bu sözləri eşidən oğlan çox utandı və qocadan üzr istədi.

Lüğət:

  • keçmiş zamanlarda – հին ժամանակներում
  • kərpic – աղյուս
  • pul qazanmaq – գումար վաստակել
  • tikə – կտոր
  • sənət – մասնագիտություն, զբաղմունք
  • öyrətmək – սովորեցնել
  • əmək – աշխատանք
  • dolanmaq, yaşamaq – ապրուստ վաստակել, ապրել
  • utanmaq – ամաչել
  • üzr istəmək – ներողություն խնդրել
  • məsləhət görmək – խորհուրդ տալ
  • peşman olmaq – զղջալ

Qoca çörək pulunu necə qazanırdı?

Oğlan qocaya nə üçün başqa işlə məşğul olmağı məsləhət gördü?

Qoca oğlanın məsləhəti ilə niyə görə razılaşmadı?

Mətnin əsas ideyası nədir?

Mətndə "asan" sözünün ANTONİMİNİ tapın.

Mətndə "zəhmət" sözünün SİNONİMİNİ tapın.

Mətnlə bağlı hansı fikir YANLIŞDIR?

Mətnlə bağlı hansı fikir DOĞRUDUR?

"Utanmaq" sözünün ANTONİMİ hansıdır?