Qurbağaların yarışı
Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi. Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı. Hətta bəziləri – “Boş yerə zəhmət çəkirsiniz. Onsuz da bu qalaya çıxa bilməyəcəksiniz” – deyə qışqırırdılar.
Və çox keçmədi ki, qurbağalar bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa. O, nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı. Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar.
Sonra yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: – “Bu çətin işin öhdəsindən necə gəldin?” – deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarlasa da, yenə cavab ala bilmədi. Çünki… Çünki qurbağa kar idi!
Lüğət:
- qurbağa – գորտ
- qala – աշտարակ, ամրոց
- yarış – մրցակցություն
- dırmaşmaq – բարձրանալ
- boş yerə – ապարդյուն
- qışqırmaq – գոռալ
- inadla – համառորեն
- alqışlamaq – ծափահարել
- nail olmaq – հասնել
- öhdəsindən gəlmək – հաղթահարել
- kar – խուլ
Qurbağalar nə üçün yarışa çıxdılar?
Nə üçün qalaya dırmaşmaq çətin idi?
Qalib qurbağa niyə digər qurbağanın sualını cavablandırmadı?
Hekayənin əsas ideyası nədir?
Hekayədə "bağırmaq" sözünün SİNONİMİNİ tapın.
Hekayədə "enmək" sözünün ANTONİMİNİ tapın.