Տեքստ 5. Իմ ընտանիքը

Mənim ailəm

Bizim böyük və mehriban ailəmiz var: anam, atam, babam, nənəm, böyük bacım Aynur, böyük qardaşım Azad və mən.

Anam ingilis dili müəllimidir. Atam isə mühəndisdir. Bacım Tibb universitetində oxuyur. O, insanları sağaltmaq istəyir.

Qardaşım on birinci sinifdə oxuyur. O, Hərbi akademiyaya hazırlaşır. O, hərbiçi olmaq istəyir.

Nənəm həkimdir. O, uşaqları müalicə edir. Babam isə rəssamdır. O, gözəl şəkillər çəkir.

Mənbə: “Azərbaycan dili” dərsliyi, 5-ci sinif

Mətnə əsasən sualları cavablandırın.

1. Onun ailəsində neçə nəfər var?

2. Onun anasının peşəsi nədir?

3. Bacısı harada oxuyur?

4. Qardaşı hansı peşəyə yiyələnmək istəyir?

5. Nənəsi kimləri sağaldır?