Աստղ – Հավի ֆերմա

Ulduz – Toyuq ferması

Ay mənim, cücələrim
Ay mənim, cücələrim
Cip-cip cücələrim
Cip-cip-cip-cip cücələrim
Tükü ipək cücələrim …

Məhəmməd: Züleyxa, bəsdir. Daha biz ayrılaq.
Züleyxa: Bıy. Ayrılmayıb neyləyəcəyik? Kaş ki, kişilərin hamısı sənin kimi olaydı. Məhəmməd!
Məhəmməd: Can
Züleyxa: Deyirsən, yəni heç ömründə evlənməmisən?
Məhəmməd: Yox, anandan gəlmə dulam.
Züleyxa: Dulsan?
Nazik: Necə? Anandan gəlmə dulsan?
Məhəmməd: Əstəğfürullah. Mən nə pis yuxu görürəm.
Nazik: Yaxşı. Əlimdən qaçıb burada, bu toyuq hinində gizlənmək istəyirdin? Tutmaz! Düş qabağıma!
Züleyxa: Bu kimdir, ay Məhəmməd qardaş?
Məhəmməd: Bu mənim günahlarımdır. Qadın şəklinə düşüb məni qarabaqara dalımca gəzir.
Züleyxa: Bıy başıma xeyir.
Züleyxa: Mamed, demədim düş qabağıma? Yoxsa bu kolxozu yerlə yeksan eləyərəm.
Züleyxa: Az burax görüm. Ay Məhəmməd, gör nə toyuq kimi qaqqıldayır. Ay qız ey, sən bizim kolxozu yerlə yeksan etmək istəyirsən?
Nazik: Birinci səndən başlayacağam. Qırt toyuq!
Züleyxa: Ay Məhəmməd qardaş, bu kimdir? Ay qız ey, nə istəyirsən bu yazıq kişidən?
Nazik: O kişinin canın almaq istəyirəm. Çəkil o yana.
Züleyxa: Buyur.
Nazik: Mamed, pencəyi çıxart. Ayaqqabıları da ver. Tez ol, tez ol, ayaqqabıları çıxart.
Züleyxa: Ay camaat, ay camaat, burada adam soyurlar. Köməyə gəlin, ay camaat!
Nazik: Mən qanunla danışıram. Bax budur. Hara qoymuşam bu zəhrimarı? Haradadır? Hara qoymuşam? Dayan. Bax, hə, hə budur.

Videoya baxın və aşağıdakı cümlələrin Doğru və ya Yanlış olduğunun müəyyənləşdirin.

Züleyxa bütün kişilərin Məhəmməd kimi olmasını istəyir.

Məhəmməd anadan gəlmə subay olduğunu deyir.

Züleyxa Naziki cücələrlə müqayisə edir.

Nazik Məhəmmədən pencəyini və köynəyini verməsini istəyir.

Züleyxa insanları köməyə çağırır.