Փեսացուի առևանգումը – խնամախոսություն

Bəyin oğurlanması – Elçilik

Əsəd müəllim: Siz bilirsiniz ki, sizin bu tərsliyiniz gələcəyin xoşbəxt bir ailəsinin gələcək xoşbəxtliyini elə beşikdəcə boğa bilər?
İsrafil: Xeyr. Çünki gələcəyin siz deyən o xoşbəxt ailəsi gələcəyin başqa bir xoşbəxt ailəsini dağıda bilər.
Mustafa: Siz bununla nə demək istəyirsiniz?
İsrafil: Onlar ikisi də cavandır hələ. Həsən başqasını sevə bilər, Yasəmən də onun kimi. Xoş getdiniz. Yemirəm. Aç pərdəni. Ürəyim sıxıldı. Aç.
Mustafa: Mən bilmirəm başqa ailənin bura nə dəxli? O, bunu sevir, bu da onu. İndi o bunu …
Tağı: Əşi, ikisi də bir-birini sevir.
Mustafa: Hə də.
Əsəd müəllim: Onsuz da qız köçəri quşdur.
Mustafa: Qız ağacı qoz ağacı.
Tağı: Qız yükü duz yükü.
Əsəd müəllim: Bir qız bir oğlanındır.
Mustafa: Qız qızıla dönüb yox xəbəri oğlanların. Qızların
İsrafil: Bibixanım, sən get işində ol. Bilirsiniz nə var? Sözün qısası. Olmaz e, mən onun anasını sevirəm.
Tağı: Kimin?
İsrafil: Həsənin. Hələ orta məktəbdə oxuyanda əhd eləmişdik ki, evlənək.
Əsəd müəllim: Bəs niyə evlənmədiniz?
İsrafil: Atası qoydu ki?! Çox tərs adam idi.
Əsəd müəllim: Bəs bu?
İsrafil: Uşaqların anası idi. Rəhmətlik …
Mustafa: Allah rəhmət eləsin.
İsrafil: Sağ olun. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Amma indi belə çıxır ki, mən bu qızı ondan ötrü böyütmüşəm, yolumda çəpər olsun. Bəyəm bizim sevməyə ixtiyarımız yoxdur? Hə?
Tağı: Bu tərsin biridir. Bunu yola gətirmək çətin olacaq.
Mustafa: Əsəd müəllim, deyirəm, bəlkə öz ssenarimizlə çəkək?
Əsəd müəllim: Öz ssenarimiz ssenaridir ki?
Mustafa: Bəs əvvəldən oxumamışdınız? Götürməyəydiniz də. Gör nə qədər pul xərcləmişik.
Əsəd müəllim: Ziyanın yarısından qayıtmaq da böyük işdir.
Tağı: Bunu əvvəlcədən fikirləşərdin də.
Əsəd müəllim: İndi belə çıxır ki, onun atası tərslik edib sizi nakam qoyduğu üçün siz də tərslik eləyirsiniz ki, onlar bir birilərinə həsrət qalsınlar.
Mustafa: Bəlkə yenə keçək atalar sözünə?
Əsəd müəllim: Hə, düzdür. Xeyir-dua ver cavanlara. Ana qızına taxt, ata qızına baxt verər.
Mustafa: Od qalar köz olar
Tağı: Qız qalar söz olar.
Əsəd müəllim: Qızı verərsən, özünə oğul qazanarsan.
Mustafa: Qırağına bax bezini al, atasına bax qızına al.
Tağı: Qız qızıl alma, qızı gözdən salma.
Əsəd müəllim: Hə, nə deyirsən?

Videoya baxın və aşağıdakı sualları cavablandırın:

İsrafil niyə pərdəni açmaq istəyir?

İsrafil nə üçün Həsən ilə Yasəmənin evlənməsinə qarşıdır?

İsrafil nə üçün sevdiyi qızla evlənə bilməyib?

Əsəd müəllim nə üçün filmi öz ssenariləri ilə çəkmək istəmir?

Videoda hansı atalar sözü deyilmir?