Նիգյարը և Ֆարիդը

0:00 0:00

Nigar və Fərid

Nigarın 9 yaşı var. O, çox fəal qızdır. O, həftədə iki dəfə üzgüçülüyə gedir. O, üzməyi çox sevir. Amma qardaşı Fərid isə üzməyi heç sevmir. O deyir ki, bu idman növü onluq deyil.

Nigar həmçinin şahmat oynaya bilir. O, həftədə bir dəfə Fəridlə birlikdə şahmat klubuna gedir. Onların hər ikisi yaxşı şahmat oynayır.

Nigar boş vaxtlarını dostları ilə birlikdə keçirməyi sevir. Onlar dərsdən sonra parkda velosiped sürürlər. Fərid heç vaxt onlara qoşulmur. O, yaxşı velosiped sürmədiyini fikirləşir. Fərid rəqs etməyi xoşlayır. Bu onun ən sevimli məşğuliyyətidir. Nigar isə rəqs etməyi xoşlamır. O musiqiyə qulaq asmağa üstünlük verir.

Dinləyin və aşağıdakı sualları cavablandırın.

1. Nigar həftədə neçə dəfə üzgüçülüyə gedir?

2. Nigar şahmat klubuna kimlə gedir?

3. Nigar dostları ilə necə vaxt keçirir?

4. Fərid nə üçün velosiped sürməyə getmir?

5. Fəridin ən sevimli məşğuliyyəti nədir?