Տեքստ 4. Փոքրիկ երեխան

Balaca uşaq

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur.
Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Bunu görən kişi uşağa dedi:
– Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi:
– Səhər güclü dalğalar onları quruya atıb. İndi dəniz sakitdir, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam, balıqlar öləcək.
Kişi qışqırdı:
– Axı bu axmaqlıqdır. Bir ətrafına bax! Burada milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi:
– Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək.
Sonra isə balaca balığı dənizə atdı.

Lüğət:

  • dəniz sahili – ծովափ
  • atmaq – նետել
  • səhərki – այսօրվա
  • dolu – լիքը
  • dalğa – ալիք
  • axmaqlıq – հիմարություն
  • ətraf – շուրջը
  • əziyyət – տառապանք
  • dəyişmək – փոխել
  • növbəti – հաջորդը, հերթական
  • hərəkət – վարքագիծ, շարժում
  • qərara gəlmək – որոշել

Balaca uşaq dəniz sahilində nə edirdi?

Nə üçün sahildə çoxlu balıq var idi?

Kişi niyə görə uşağın hərəkətini axmaqlıq adlandırdı?

Hekayənin əsas ideyası nədir?

Hekayədə "yaxın" sözünün ANTONİMİNİ tapın.

Hekayədə "tutmaq" sözünün ANTONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

"Dolu" sözünün SİNONİMİ hansı sözdür?