Qarğa
Molla Nəsrəddin bir gün evə qarğa gətirir. Arvadı soruşur:
– Ay kişi, bu qarğanı neyləyirsən?
Molla deyir:
– Alimlər deyirlər ki, qarğa üç yüz il yaşayır. Yoxlayacağam görüm doğru deyirlər, ya yalan?
Arvad soruşur:
– Ay kişi, sən üç yüz il yaşayacaqsan ki, onu yoxlayasan?
Molla:
– Bunu deyən alim məgər üç yüz il yaşayıb?
Lüğət:
- gətirmək – բերել
- qarğa – ագռավ
- neyləyirsən? – ի՞նչ ես անում
- alim – գիտնական
- yoxlamaq – ստուգել
- məgər – մի՞թե
- lağ etmək – ծաղրել
- uzunömürlü – երկարակյաց
- şübhə etmək – կասկածել
- tərifləmək – գովաբանել
Alimlər qarğalar haqqında nə deyirlər?
Molla nə üçün evə qarğa gətirir?
Mollanın arvadı nə üçün Mollaya lağ edir?