Տեքստ 13. Կոշիկներ

Ayaqqabılar

Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətlərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satıla bilməyəcəyi imkanlarını öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir.
“Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq, ağır itkilər verib ziyan çəkərik.”- birinci nümayəndə belə yazır.
İkinci nümayəndə isə belə yazır:
“Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Əgər biz burda fabrik açası olsaq, bu ölkəyə yeni dəb gətirib bütün məhsularımızı sata bilərik.”

Lüğət:

  • süqut – փլուզում
  • şirkət – ընկերություն
  • nümayəndə – ներկայացուցիչ
  • məhsul – ապրանք
  • imkan – հնարավորություն
  • Qərb – Արևմուտք
  • itki – կորուստ
  • ziyan çəkmək – կորցնել շահույթը
  • dəb – նորաձևություն
  • münasibət – վերաբերմունք
  • fərqli olaraq – ի տարբերություն

Belçika ayaqqabı şirkəti niyə görə Rusiyaya öz nümayəndələrini göndərir?

Nə üçün birinci nümayəndə Rusiyada fabrik açmağı məsləhət görmür?

O zamanlar rusların qərb ayaqqabılarına münasibəti necə idi?

Hekayənin əsas ideyası nədir?

Fikri tamamlayın: Birinci nümayəndədən fərqli olaraq ikinci nümayəndə ...

Hekayədə "xeyir götürmək" ifadəsinin ANTONİMİNİ tapın.

Hekayədə "məlumat" sözünün SİNONİMİNİ tapın.

Hekayə ilə bağlı hansı fikir YANLIŞDIR?

Hekayə ilə bağlı hansı fikir DOĞRUDUR?

"İtki" sözünün ANTONİMİ hansıdır?