Ən böyük dövlət
Bir gənc tez-tez yoxsulluğundan şikayət edirdi. Bir qoca ona deyir:
– Sən çox dövlətlisən, yoxsul deyilsən.
– Mən dövlətliyəm? Hanı mənim dövlətim?
– Sənin dövlətin gözlərindir. Gözlərini satarsan?
– Xeyr, mən gözlərimi satmaram.
– Onda əllərini sat. Mən sənə əvəzində nə qədər pul verərəm.
– Sənin nə pulunu, nə də qızılını istəmirəm. Əllərimi də satmıram.
– İndi görürsənmi sən nə qədər dövlətlisən? Deməli, dünyada ən böyük dövlət insanın sağlamlığıdır.
Lüğət:
- şikayət etmək – բողոքել
- dövlət – հարստություն, պետություն
- dövlətli – հարուստ
- yoxsul – աղքատ
- onda – այն ժամանակ
- deməli – ուրեմն
- sağlamlıq – առողջություն
- düşünmək – մտածել
- razı olmaq – գոհ լինել, համաձայն լինել
Gənc nə üçün şikayət edir?
Qoca gəncdən nəyi ona satmağını istəyir?
Qoca niyə görə gəncin dövlətli olduğunu düşünür?
Mətnin əsas ideyası nədir?
Mətndə "varlı" sözünün SİNONİMİ hansı sözdür?
Mətndə "xəstəlik" sözünün ANTONİMİ hansı sözdür?