Ayaqqabılar
Sovet İttifaqının süqutundan sonra Belçikanın ayaqqabı şirkətlərindən biri Rusiyaya iki nümayəndəsini göndərir ki, bu ölkədə məhsullarının satılıb-satıla bilməyəcəyi imkanlarını öyrənsinlər. Tezliklə nümayəndələrin hər ikisindən xəbər gəlir.
“Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Biz burda fabrik açası olsaq, ağır itkilər verib ziyan çəkərik.”- birinci nümayəndə belə yazır.
İkinci nümayəndə isə belə yazır:
“Burda heç kəs Qərb ayaqqabıları geyinmir. Əgər biz burda fabrik açası olsaq, bu ölkəyə yeni dəb gətirib bütün məhsularımızı sata bilərik.”
Lüğət:
- süqut — փլուզում
- şirkət — ընկերություն
- nümayəndə — ներկայացուցիչ
- məhsul — ապրանք
- imkan — հնարավորություն
- Qərb — Արևմուտք
- itki — կորուստ
- ziyan çəkmək — կորցնել շահույթը
- dəb — նորաձևություն
- münasibət — վերաբերմունք
- fərqli olaraq — ի տարբերություն
Belçika ayaqqabı şirkəti niyə görə Rusiyaya öz nümayəndələrini göndərir?
Nə üçün birinci nümayəndə Rusiyada fabrik açmağı məsləhət görmür?
O zamanlar rusların qərb ayaqqabılarına münasibəti necə idi?
Hekayənin əsas ideyası nədir?
Fikri tamamlayın: Birinci nümayəndədən fərqli olaraq ikinci nümayəndə ...
Hekayədə "xeyir götürmək" ifadəsinin ANTONİMİNİ tapın.
Hekayədə "məlumat" sözünün SİNONİMİNİ tapın.