Ovçu və onun dostu
Bir ovçu dostu ilə ova gedirdi. Onlar ağacda bir quş gördülər. Ovçu quşa güllə atdı. Güllə quşa dəymədi və o uçdu. Ovçunun dostu dedi:
— Afərin!
Ovçu hirsləndi və dedi:
— Mənə gülürsən?
— Xeyr, əzizim, mən sənə gülmədim. Mən quşa afərin dedim. Axı, o, canını güllədən qurtardı.
Lüğət:
- ovçu — որսորդ
- güllə atmaq — կրակել
- uçmaq — թռչել
- afərin — կեցցես
- hirslənmək — զայրանալ
- gülmək, ələ salmaq — ծիծաղել, ծաղրել
- canını qurtarmaq — ազատվել
- sevinmək — ուրախանալ
Ovçu kim ilə ovda idi?
Quş harada idi?
Ovçu nə üçün hirsləndi?
Ovçunun dostu nə üçün "afərin" dedi?
Mətndə "əsəbiləşmək" sözünün SİNONİMİNİ tapın.
Mətndə "ağlamaq" sözünün ANTONİMİNİ tapın.