Qarğa
Molla Nəsrəddin bir gün evə qarğa gətirir. Arvadı soruşur:
— Ay kişi, bu qarğanı neyləyirsən?
Molla deyir:
— Alimlər deyirlər ki, qarğa üç yüz il yaşayır. Yoxlayacağam görüm doğru deyirlər, ya yalan?
Arvad soruşur:
— Ay kişi, sən üç yüz il yaşayacaqsan ki, onu yoxlayasan?
Molla:
— Bunu deyən alim məgər üç yüz il yaşayıb?
Lüğət:
- gətirmək — բերել
- qarğa — ագռավ
- neyləyirsən? — ի՞նչ ես անում
- alim — գիտնական
- yoxlamaq — ստուգել
- məgər — մի՞թե
- lağ etmək — ծաղրել
- uzunömürlü — երկարակյաց
- şübhə etmək — կասկածել
- tərifləmək — գովաբանել
Alimlər qarğalar haqqında nə deyirlər?
Molla nə üçün evə qarğa gətirir?
Mollanın arvadı nə üçün Mollaya lağ edir?